Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Füzulidə 30 il əvvəl itkin düşən şəxsin nəşi ailəsinə təhvil verilib
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndində aşkarlanan Cahangir Məmi oğlu Xələfovun nəşi ailəsinə təhvil verilib.
“Report” xəbər verir ki, mərhum vida mərasimi keçirildikdən sonra Şüvəlan qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, C.Xələfov 1932-ci ildə Füzuli rayonunun Dördçinar kəndində anadan olub. 1993-cü ilin sentyabrında Füzuli rayonunda itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Xələfova məxsus olduğu təsdiqlənib.
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu
- Səbinə Hacıyeva: "Azıx mağarası silah anbarı kimi istifadə olunub"
- Füzulidə peşə məktəbində PUA və dron TƏMİRİ ÖYRƏDİLƏCƏK
- Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
- Məhəmməd Füzuli elindən gələnlər Füzuli şəhəri barədə nə danışdılar?