Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 080 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 717 tank, 9 000 zirehli maşın, 6 525 artilleriya sistemi, 801 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 316 təyyarə, 316 helikopter, 5 061 operativ-taktiki PUA, 1 529 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 909 avtomobil və sistern, 938 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.