Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyaya qarşı sanksiyaların taleyi İstanbuldakı danışıqlarda həll olunacaq
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gündəmə gətirməzdən əvvəl mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna ilə bağlı danışıqların nəticələrini gözləmək qərarına gəliblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadla xəbər verib.
Onların sözlərinə görə, mayın 12-də ABŞ rəsmiləri Avropa tərəfdaşlarına Rusiya və Ukraynaya İstanbulda birbaşa danışıqlar aparmaq imkanı yaratmaq niyyətində olduqlarını bildiriblər. Bu təşəbbüsün məqsədi danışıqlardan sonra Moskvaya qarşı təzyiqlərin gücləndirilməsi məsələsini müzakirə etməkdir.
O da qeyd olunur ki, Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşdən imtina edəcəyi, yaxud Moskvanın dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmayacağı təqdirdə ABŞ lideri Donald Trampı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırmaq istəyirlər.
Bununla belə, agentlik qeyd edir ki, ABŞ administrasiyası hələlik Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı yekun qərar qəbul etməyib.
ABŞ Dövlət Departamenti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- "Spiegel": "Aİ-dəki fikir ayrılıqları Rusiyaya qarşı sanksiyalara əngəllər yaradır"
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
- Trampın nümayəndəsi: "Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
- ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
- Rusiya Rubio ilə Trampı qarşı-qarşıya qoyub?