Ukrayna Dövlət Sərhəd Xidməti Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə 2021-ci ilə qədər ölkəyə girişi qadağan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri məlumat yayıb.
“2021-ci ilə qədər qadağa var”, - Saakaşvilinin vəkili Ruslan Çernoluçkiy deyib.
Keçmiş qubernatorun vəkili bu qərarı qanunsuz sayıb və ondan şikayət veriləcəyini bildirib.