Peruda avtobusun 200 metr yüksəklikdən dərəyə aşması nəticəsində ölənlərin sayı 44-ə çatıb.
“Bizdə Okonyedə qəza zamanı 44 nəfərin həlak olması barədə məlumat var”, - deyə, ölkənin Yerüstü Nəqliyyat Nazirliyinin baş direktoru Paul Konça TV Peru-ya bildirib, Oxu.Az xəbər verir.
Hadisə nəticəsində daha on nəfərin ağır xəsarət aldığı bildirilir.
19:41
Peruda çərşənbə günü sərnişin avtobusu dərəyə aşıb, ən azı 30 nəfər həlak olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, sürücü idarəetməni itirərək, Arekipa regionunda Panamerika şosessindən dərəyə aşıb.
Peru Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada daha 22 nəfər yaralanıb.
Avtobus təxminən 200 metr hündürlükdən aşıb. Ölkə prezidenti Pedro Kuçinski artıq həlak olanların ailələrinə başsağlığı verib.
А.B.
www.oxu.az