Kensiqton sarayı kral ailəsinin ən kiçik şahzadəsi Luinin xaç suyuna salınma mərasimindən özəl ailə fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, ötən həftə Keyt Middlton və Şahzadə Uilyamın üçüncü övladı Şahzadə Lui üçün xaç suyunma salınma mərasimi baş tutub.
12 həftəlik olan Lui mərasim boyu yatıb. Fotoqraf Met Holyakın çəkdiyi şəkillərdə Meqan Markl, Şahzadə Herri, Şahzadə Çarls və ailə yer alıb.
Kiçik şahzadə 1841-ci ildə Kraliça Viktoriyanın ən böyük qızı Şahzadə Viktoriya üçün tikilən güpürdən tikilmiş geyimdə olub.
Mərasimdə “Alexander McQueen” imzalı libas geyinən Middlton Ceyn Teylorun dizayn etdiyi tacı ilə də diqqət çəkib.
Qeyd edək ki, mərasimə Kraliça Elizabet və Şahzadə Filip başqa tədbirlərdə olduqları üçün qatıla bilməyib.
Pərviz Hüseyn
www.oxu.az