Sankt-Peterburqun supermarketlərindən birində sahibsiz çanta aşkar edildikdən sonra orada olan müştəri və işçilər təcili şəkildə təxliyə ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Rosqvardiya”nın (Rusiya Federal Milli Qvardiya Qoşunlarının Xidməti) regional idarəsindən bildiriblər.
“Babuşkina küçəsi, 125-də yerləşən supermarketdə saxlama kamerasında sahibsiz çanta aşkar edilib, bu səbəbdən orada olan insanlar təxliyə ediliblər”, - idarədən bildiriblər.
Mətbuat xidmətindən verilən məlumata görə, yoxlamadan sonra bunun sadəcə “noutbook” çantası olduğu aydın olub.
N.О.
www.oxu.az