Rusiya FHN Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində zərərçəkənlərin siyahısını dərc edib.
Oxu.Az regional idarənin saytına istinadən xəbər verir ki, siyahıdakı məlumata görə, xəstəxanalara 51 nəfər daxil olub.
Son məlumatlara görə, Sankt-Peterburqda metroda partlayış nəticəsində 11 nəfər ölüb. Onlaran yeddi nəfər hadisə yerində, qalanları isə xəstəxanalarda ölüb.
Terror aktından sonra iki nəfər axtarışa verilib. Bununla yanaşı, təsdiq edilməyən məlumata görə, partlayışı kamikadze də törədə bilərdi. O, sonradan aşkar edilərək zərərsizləşdirilən bombanı da yerləşdirə bilərdi.
3 aprel 19:53
Sankt-Peterburq metrosunda baş vermiş partlayışlardan sonra şəhərdə aprelin 4-dən etibarən üçgünlük matəm elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Twitter” səhifəsində şəhər qubernatorunun mətbuat katibi Andrey Kibitov bildirib.
Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirib.
S.B.
www.oxu.az