Rusiya səhiyyə naziri Veronika Skvortsova Sankt-Peterburq metropolitenində törədilən terror aktı nəticəsində 14 nəfərin öldüyünü bildirib.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
“Bu gün 14 nəfərin ölümünü təsdiq etmək olar: 11 nəfər hadisə yerində, üç nəfər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib”, - Skvortsova bu barədə bu gün Sankt-Peterburqda jurnalistlərə bildirib.
00:16
Rusiyanın Milli Antiterror Komitəsi Sankt-Peterburq şəhərində metroda baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını dəqiqləşdirib.
Oxu.Az-ın xəbərinə görə, qurumdan RİA Novosti-yə verilən məlumata əsasən, partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər isə yaralanıb.
17:34
Sankt-Peterburqda “Texnologiçeskiy institut” və “Sennaya ploşad” metro stansiyaları arasında baş verən partlayış zamanı ölən və yaralananlar var.
Oxu.Az Life-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yaralananlar arasında uşaqlar da var. Hadisənin səbəb və təfərrüatları aydınlaşdırılır.
17:13
Sankt-Peterburq metrosunda partlayış baş verən ərazidə: səkkizi – vaqonda, 2-si stansiyada, 2-si tuneldə olmaqla 12 cəsəd aşkar edilib.
Oxu.Az life-a istinadən xəbər verir ki, xüsusi xidmət əməkdaşları bədən hissələri aşkar ediblər.
17:02
Sankt-Peterburqda metronun “Ploşad Vosstaniya” stansiyasında daha bir bomba aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Republic” məlumat yayıb, bomba zərərsizləşdirilir.
16.24
Sankt-Peterburq metrosunda baş verən partlayışda 10 nəfər həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS xəbər verir.
TASS-a hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, qatarın vaqonunda müəyyən edilməmiş partlayıcı qurğu işə düşüb.
16:05
Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, Sakt-Peterburq metrosunda xətt üzrə hərəkət edən qatarda “Sadovaya” stansiyasında partlayış baş verib. Şahidlərin sözlərinə görə, ölənlər var.
Güc strukturlarının nümayəndələri hadisə yerinə cəlb edilib.
N.О.
www.oxu.az