Çexiyada MDB məkanından olan yeddi “qanuni oğru”nun saxlanılmasının bəzi təfərrüatları bəlli olub.
Oxu.Az-ın Missiya-ya istinadən verdiyi məlumata görə, Karlovı Varı şəhərindəki “Grand Hotel Pupp” hotelinə “sxodka”ya yığışan “qanuni oğrular” həbs edilərək Praqaya aparılıblar.
Saxlanılanlar hazırda həbsdə olan “Şakro Molodo”ya yaxın avtoritetlərdir. Bu toplantıda kriminal aləmin bəzi nümayəndələrinə “vor zakon” titulu verilməliydi.

Ruben Tatulyan
“Sxodka”nı çağıran və həmçinin maliyyələşdirən Soçidə fəaliyyət göstərən “Robson” ləqəbli erməni “qanuni oğru”, biznesmen Ruben Tatulyandır. O, kriminal aləmdə “Ded Xasan”ın klanının Soçi nümayəndəsi və “Şakro Molodo”nun yaxını kimi tanınır. Tatulyan Ermənistanın diplomatik nümayəndəliyi tərəfindən verilmiş 138 D 307 77 rus diplomatik nömrə nişanlı avtomobildə gəzir. Saxlanılarkən onun üzərində Ermənistan diplomatik pasportu çıxıb.

Ruben Tatulyan və Aleksandr Karelin
Bu arada məlum olub ki, Tatulyanın üstünlükləri təkcə diplomatik pasport gəzdirib diplomatik nömrə nişanlı avtomobildə şütüməsində deyil. O, Ermənistan İnvestorları Klubunun üzvüdür. Hansı ki, baş nazir Karen Karapetyan və erməni mənşəli rusiyalı milyarder Samvel Karapetyan da bu klubda onunla çiyin-çiyinədir. Habelə, fotoların birində “Robson” Ermənistan prezidenti Serj Sarkisyanla və oliqarx Qaqik Tsarukyanla (“Tupoy Qaqo”) ilə birlikdədir. Digər fotoda isə biz onu “Ded Xasan”la eyni masa arxasında görürük.
Ruben Tatulyan “Şakro Molodoy”un sevgilisi Marina Qoldberqlə
Ermənistanın hakim elitasının, şəxsən prezident Serj Sarkisyanın və qardaşının kriminal avtoritetlərlə əlaqələri yenilik deyil. Məlum olduğu kimi, vaxtilə “Ded Xasan” İrəvanda Ermənistan hakimiyyətinin sayəsində “sxodka” keçirmişdi. “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov da həbsdən çıxandan sonra kriminal aləmin “zəhmətkeşlərinin qurultayını” keçirmək üçün ən təhlükəsiz məkan kimi İrəvanı seçmişdi. Bu baxımdan “Robson”un diplomatik pasport daşıması təəccüblü görünmür.

Toplantıda həbs olanların siyahısı: Qiorxelidze Qayoz Lonqinozoviç, Qolomb Oleq Romanoviç, Zabrodin Dmitri Gennadyeviç, Tatulyan Ruben Albertoviç, Mumdjyan Andronik Aykoviç, Taşyan Vaçaqan, Karadaqaev Artur.
Z.Q.
www.oxu.az