Azərbaycanlı FİFA referisi Ömər Paşayev ilk dəfə beynəlxalq təyinat alıb.
Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc baş hakim 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus və San-Marino arasında keçiriləcək görüşü idarə edəcək.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyunun 7-də Minskdə keçiriləcək.

A.M.