Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə Parisə getmək istəyərkən aeroportda saxlanılıb.
Oxu.Az “Qraparak” qəzetinə istinadla xəbər verir ki, MTX əməkdaşları Yerevanın Zvartnots aeroportunda Sarkisyan ailəsinə mane olublar.
Belə ki, Aleksandr Sarkisyan və ailəsinin Parisə uçuşuna imkan verilməyib.
Onların mənzilində aparılan axtarış zamanı silah, pul və bahalı rəsm əsəri aşkarlanıb.
Rəylər