Bakı şəhərində günvurmadan adam ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini, 1958-cvi il təvəllüdlü Rövşən Ziyəddin oğlu Müştaqov günvurma diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.