Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sarqsyan seçkilərdə iştirakdan imtina etdi
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Respublika Partiyasının iclasında qəbul edilib.
Bundan əvvəl partiyanın iclasında Sarqsyan Respublika Partiyasının sədrinin birinci müavini seçilib.
Ermənistanın Respublika Partiyasının seçkiqabağı siyahısına sabiq müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edir.
Sabiq müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib ki, Sarqsyandan başqa, siyahıda eks baş nazir Karen Karapetyanın da adı yoxdur.
Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.
Rəylər