Babək prospektinin əsas hissəsində işlər iki-üç gün ərzində tam olaraq yekunlaşacaq.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən “Maşın bazarı”na kimi olan hissəsində işlər bitib:
“Hazırda Babək körpüsünün alt hissəsində işlər aparılır. Bu işlərin iki-üç gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq”.
Qeyd edək ki, Babək prospektində təmir işlərinə 2018-cı ilin əvvəlindən başlayıb.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər