Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sarqsyanın Lotu Qulini aradan götürmək planı iflasa uğradı
Marbelyedə “qanuni oğrular” Artyom Sarqsyan (Artyom Saratovski), Laşa Barateli (Çia) və İrakli Pipiyanın (İki Suxumski) həbsi Merab Canqveladze (Merab Suxumski) klanına ciddi zərbə vurdu.
Bu barədə Oxu.Az “Rosbalt”a istinadla xəbər verir.
İspaniya polisindən bildiriblər ki, canilərin həbs edildiyi görüşdə ölkəyə gələrək 2018-ci ilin iyununda darmadağın edilən mütəşəkkil cinayətkar qrupu bərpa etmək niyyətində olan Nadir Səlifovun (Lotu Quli) adamının aradan götürülməsi planları müzakirə edilib.
Bu ilin iyununda İspaniyada MDB ölkələrindən olan 129 cani həbs edilmişdi. 2010-cu ilə qədər Avropada vəziyyətə Laşa və Kaxaber Şuşanaşvili qardaşlarına məxsus klanın üzvləri nəzarət ediblər.
Lakin 2010-cu ildə qruplaşmanın onlarla üzvü, o cümlədən Kaxa da həbs edildilər. Sonuncunu 2016-cı ildə 15 il həbsə məhkum etdilər.
Laşa 2018-ci ilin aprelində Fransada həbs olundu. Nəticədə Şuşanaşvili klanının Avropada təsir dairəsi yalnız Yunanıstanla məhdudlaşdı.
Bundan sonra boş qalan yerə Merab Canqveladze klanı göz dikdi. 2013-cü ildə o, İtaliyada 4 il müddətinə həbs edildi, lakin onun qruplaşması Avropada təsir dairəsi uğrunda mübarizəni davam etdirirdi.
Rövşən Cəniyevlə (Rövşən Lənkəranski) ittifaq klana əlavə qüvvə verirdi. 2016-cı ildə Cəniyevi İstanbulda güllələdilər.
2017-ci ildə Azərbaycanda “qanuni oğru” Nadir Səlifov azadlığa çıxdı. Qısa müddətdən sonra o, Türkiyədə tam səlahiyyətli sahib oldu.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər