Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyanın nümayəndə heyətinin AŞPA-ya qaytarılmasına qarşı çıxış edib.
Oxu.Az bu barədə UNN-ə istinadən xəbər verir.
“Rusiyanın mənə qarşı etdiyi kimi, insan haqlarına, nümayəndənin toxunulmazlığına hörmət etməyən heyəti AŞPA-ya qaytarıla bilməz ”, - Savçenko bildirib.
Strasburqa səfəri zamanı Savçenko Avropa Xalq Partiyasının prezidenti Cozef Dol ilə görüşüb.
Mayın sonunda Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bəyan edib ki, AŞPA-nın siyasi komitəsinin praktiki olaraq bütün üzvləri Rusiya heyətinin Assambleyaya qayıtmasının lehinə çıxış edir.