Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sayms ABŞ rəsmilərinin iddiaları barədə ona heç vaxt məlumat vermədiyini bildirib
ABŞ hakimiyyəti hələ də nə rusəsilli amerikalı politoloq Dmitri Saymsı, nə də vəkillərini ona qarşı irəli sürülən iddiaların mahiyyəti barədə məlumatlandırıb, həmçinin onun Virciniyadakı evində axtarışın hansı əsasla aparıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bunu Sayms TASS-a müsahibəsində deyib.
Eyni zamanda o, ABŞ hüquq-mühafizə orqanlarının nümayəndələrinin onunla birbaşa əlaqə saxlamadığını təsdiqləyib.
"Sizə də məlum olan səbəblərə görə onların mənim vəkillərimlə nəyi müzakirə etdiyini deyə bilməyəcəyəm. Bircə bunu deyə bilərəm ki, diskussiyalar davam edir. Mənə nəinki heç kim heç nə deməyib, axtarışdan sonra evdə qoyub getdikləri axtarış qərarında evin ünvanı var, amma mənim soyadım və adım orada yoxdur, şəxsin nədə təqsirləndirildiyini izah edən əlavələr yoxdur. Ona görə də nəsə eşitmişəmsə, deməli, başqa yerlərdən eşitmişəm. Mənimlə heç kim danışmayıb, qarşıma heç bir sənəd qoyulmayıb", - deyə avqustun 13-də Vaşinqton yaxınlığında olan Virciniyadakı evində axtarış aparılmasının əsasları barədə ABŞ səlahiyyətlilərinin ona məlumat verib-verməməsi ilə bağlı suala Sayms cavab verib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də qızıl medal qazanan 13 yaşlı qız: "Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam"
- Ən azı 18 ştat Trampın ABŞ vətəndaşlığına qoyduğu məhdudiyyətlərə qarşı məhkəmə iddiası qaldırıb
- ABŞ-nin bütün ştatlarında ölüm hökmü geri qayıdır
- Hansı şəxslər ABŞ ordusunda xidmət etməyəcək?
- ABŞ "TikTok"dan xilas olacaq, bəs bəşəriyyət?
Rəylər