ABŞ-nin dörd senatoru Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin Konqresdə irəlilədilməsi barədə Donald Trampın administrasiyası ilə razılığa gəldiklərini bəyan ediblər.
Oxu.Az xəbər verir ki, respublikaçı senatorlar Lindsi Qrem və Rocer Uiker, həmçinin demokrat senatorlar Cinn Şeyin və Riçard Blumentalın birgə bəyanatı Senatın Beynəlxalq Əlaqələr Komitəsinin rəsmi saytında dərc olunub.
Senatorlar bəyanatlarında rəsmi Moskvaya qarşı iqtisadi təzyiqlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar:
"Rusiya nefti və təbii qazını alan müştəriləri və ölkələri daha ağır bədəl ödəməyə məcbur edəcək xüsusi mexanizmlərin yaradılması mütləqdir".
Qanunvericilər sözügedən sanksiya layihəsini yaxın zamanlarda baxılması üçün həmkarlarına və Konqres üzvlərinə təqdim edəcəklərini bildiriblər.