"İsrail Suriyanın Hələb şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi müşavirin ölümünə görə cavab verəcək".
Bunu SEPAH-ın komandiri general-leytenant Hüseyn Salami deyib.
"İsrail axıdılan günahsız qanların əvəzini ödəyəcəyini bilir, cavabı gözləsin", - deyə Salami bildirib.
SEPAH rəhbərinin sözlərinə görə, ölən zabitin həyatı və onun Fələstində İsrail əleyhinə müqavimətinə kömək etməkdə göstərdiyi səylər İranın inqilabçı gəncliyini əbədi olaraq ruhlandıracaq.
Xatırladaq ki, iyunun 3-də iranlı müşavir Səid Abiyarın Hələbdə İsrail Hərbi Hava Qüvvələrinin gecə zərbəsi nəticəsində həlak olması barədə məlumat yayılmışdı. İyunun 4-də SEPAH bu məlumatı təsdiqləyib.
Mənbə: Tasnim