Bosniya və Herseqovina əyalətinin tərkibində olan qondarma Serb Respublikasının "prezidenti" Milorad Dodik xəstəxanaya yerləşdirilib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə onun "mətbuat xidməti" məlumat yayıb.
"Serb Respublikası"nın başçısı Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrılar səbəbindən müayinə olunub, sonra o xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilib.
O, qida borusu və mədəsindən əməliyyat olunacaq.