Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa vermək niyyətində olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, o, vəzifədən gedəcəyi tarixi "Pink" telekanalının efirində açıqlayıb.
Vuçiçin sözlərinə görə, istefa verdiyi günün axşamı vətəndaşlara müraciət edərək dəstəyə görə minnətdarlığını bildirəcək.
"Mən Serbiyaya, bu ölkənin vətəndaşlarına sədaqətlə xidmət etdim", - deyə Vuçiç qeyd edib və əlavə edib ki, prezident postundan getdikdən sonra sıravi vətəndaş kimi yaşamaq niyyətindədir.
Qaynar xətt:
(055) 224 12 12