"Serbiyanın yanvarın sonunadək bütün yanacaq - benzin, kerosin, dizel ehtiyatı var, lakin NIS neft emalı zavodunun fəaliyyətinin dayandırılmasından sonra insanlar başqa yanacaqdoldurma məntəqələrindən istifadə etməli olacaqlar".
Oxu.Az RST-yə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Onun sözlərinə görə, neft məhsullarının dövriyyəsinin təxminən 47 %-i NIS yanacaqdoldurma məntəqələrinin payına düşürdü:
"Bizim yanacaqla bağlı problemimiz logistika sahəsindədir. Problemlər həddindən artıq çoxdur".