İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, "Fulhem" - "Mançester Siti" matçında azarkeşlər doqquz qolun şahidi olublar.
Belə ki, qonaqlar meydan sahiblərinin qapısından beş top keçirib. London klubu bu toplardan dördünün əvəzini çıxmağı bacarıb - 4:5.
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand oyunda rekorda imza atıb.
O, Premyer Liqada 100-cü qolunu vurub. Buna nail olmaq üçün ona 111 oyun lazım olub.
Bu qələbədən sonra "şəhərlilər" 28 xalla turnir cədvəlində 2-ci, "Fulhem" isə 17 xalla 15-cidir.
İngiltərə Premyer Liqası: "Fulhem" - "Mançester Siti" matçında qol yağışı