İstanbulun Büyükçekmece Məhkəməsinin Əmanət Bürosundan 25 kq qızıl və 50 kq gümüş oğurlanıb.
Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, oğurluq hadisəsində şübhəli bilinən Əmanət Bürosu məmuru saxlanılıb.
Qeyd edilir ki, daha bir şübhəli - eyni büroda çalışan katib arvadı və uşaqları ilə İngiltərəyə qaçıb.
Məlumata görə, oğurlanan qızıl və gümüşlər immiqrantların qızıl qaçaqmalçılığı işləri çərçivəsində götürülərək seyflərdə saxlanılıb.