Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüş baş tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüş təxminən beş saat davam edib.
Rusiya tərəfindən görüşdə dövlət başçısı ilə yanaşı, prezidentin köməkçisi Yuri Uşakov, Xarici ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak edib.
ABŞ tərəfindən isə Uitkofla bərabər, sahibkar, investor və "Affinity Partners" şirkətinin təsisçisi, Prezident Donald Trampın kürəkəni Cared Kuşner də görüşə qatılıb.
Görüşdən sonra Dmitriyev "X" səhifəsində paylaşım edərək danışıqları məhsuldar adlandırıb.