"Avroatlantik birliyi ölkələri yeni müharibəyə hazırlaşır. Qərb dövlətlərinin bütün səyləri məhz buna yönəlib".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda çıxışı zamanı bəyan edib.
"Avroatlantik cəmiyyətinin bütün səyləri yeni müharibəyə hazırlığa yönəlib. Bu prosesin başında isə Almaniya, Fransa və Böyük Britaniya dayanır", - deyə o qeyd edib.