"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Azərbaycanda keçiriləcək 12-ci sammitində qlobal məsələlərin geniş müzakirəsi planlaşdırılır".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "TDT: Unikal əməkdaşlıq modeli" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan mühüm beynəlxalq sammitə bu ilin oktyabrında ev sahibliyi etməyə hazırlaşır.