Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sergey Şoyqu Tehrana səfər edib
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana planlaşdırılan işgüzar səfər edib.
Bu barədə Oxu.Az Interfaks.ru-ya istinadən məlumat verir.
Məlumata görə, Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq.
Həmçinin İran Prezidenti Məsud Pezeşkian Şoyqunu qəbul edəcək.
"Danışıqlarda təhlükəsizlik sahəsindən tutmuş ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər ikitərəfli əməkdaşlığın geniş spektrləri və gücləndirilməsi məsələləri müzakirə olunacaq", - deyə Rusiya Təhlükəsizlik Şurası Aparatından bildirilib.
"Sergey Şoyqu" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqlarının ikinci raundu hansı ölkədə keçiriləcək? - Əsas platforma açıqlandı
- İran və Rusiya qaz tədarükü ilə bağlı müqavilə hazırlayıblar
- Putin Ukrayna ilə danışıqlara hazırlıq üçün müşavirə keçirdi
- Şoyqudan "Crocus" hadisəsi ilə bağlı açıqlama: "Cənubi Qafqazda terror riskləri artır"
- Şoyqunun Şimali Koreya lideri ilə görüşü iki saatdan çox çəkib