"Aerolineas Argentinas" aviaşirkətinin sərnişin təyyarəsi Xorxe Nyuberi adına hava limanında dron ilə toqquşub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sərnişin təyyarəsinə yüngül ziyan dəyib. Sərnişinlərdən xəsarət alan olmayıb.
Hazırda hava limanı yaxınlığında drondan istifadəyə qadağanı pozan dronun sahibinin axtarışları aparılır.
A.M.