Səudiyyə Ərəbistanı qlobal terrorizmlə mübarizə aparmaq üçün BMT-yə 100 milyon dollar vəsait ayırdığını açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə çek BMT-nin baş ofisində baş katib Pan Gi Muna təqdim edilib, “Əl-Cəzirə” xəbər verib.
Təqdimat zamanı Pan Gi Mun Səudiyyə Ərəbistanının bu addımının təqdirəlayiq olduğunu və son zamanlar bir sıra ölkələrdə terror hadisələrinin artmasından narahatlığını bildirib. Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Adel əl-Cubeyir terrorun bir bəla olduğunu və bütün ölkələrə təsir etdiyini söyləyərək yalnız birgə əməkdaşlıq nəticəsində bu təhlükənin öhdəsindən gəlməyin mümkün olduğunu vurğulayıb.