"Şərq-Qərb" neft kəmərinə İraqdan buraxılmış bir neçə pilotsuz uçuş aparatı ilə hücum edilib, nəticədə ölən və yaralananlar var"
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatda bildirilib.
Bəyanatda izah edilir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ölkədə vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləmək məqsədilə İraqın Baş naziri Əli əz-Zeydinin xahişi ilə silahlı təxribata cavab verməmək qərarına gəlib.
"Bununla yanaşı, krallıq öz suverenliyini, milli təhlükəsizliyini və iqtisadi obyektlərini qorumaq üçün bütün tədbirləri görmək hüququnu özündə saxlayır", - bəyanatda vurğulanır.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi pilotsuz uçuş aparatlarının hücumlarından sonra Mədinə və Ər-Riyad yaxınlığındakı "Şərq-Qərb" neft kəmərinin ayrı-ayrı hissələrinin qabaqlayıcı tədbir olaraq dayandırıldığını açıqlayıb. Dronların İranın dəstəklədiyi İraq şiə qruplaşmaları tərəfindən buraxıldığı ehtimal edilir.
İraq hökuməti isə, öz növbəsində Səudiyyə Ərəbistanına hücumu pisləyib və hücumun hallarının dərhal araşdırılmasına göstəriş verib.
Bağdad hücumun arxasında duran tərəflərin müəyyənləşdirilməsi və təqsiri sübuta yetirilən şəxslər barəsində hüquqi tədbirlərin görülməsi üçün təcili araşdırma aparılacağını bildirib.