Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqindəki Əd-Dale əyalətində Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "X"-də Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.
Agentlik koalisiya general-mayoru Turki əl-Malikiyə istinadən bildirib ki, düşərgələri tərk edən qüvvələr izlənilib:
"Koalisiya qrupları onları Əl-Dale əyalətindəki Əl-Zənd düşərgəsi yaxınlığında aşkarlayıb və onlara məhdud önləyici zərbələr endirib".
Onun sözlərinə görə, zərbələr separatçı qüvvələri sıradan çıxarmaq və onların CKŞ-nin sədri Aydarus əl-Zubaidinin münaqişəni gərginləşdirmək cəhdinin qarşısını almaq üçün edilib.