Səudiyyə Ərəbistanının şərqində, daha çox şiələrin məskunlaşdığı Əl-Katif şəhərində güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Al-Arabiya telekanalı yayıb.
Hadisə zamanı ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, hərəkətdə olan avtomobildə partlayıcı qurğu işə salınıb.
S.B.
www.oxu.az