Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.
Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub.
Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub.
Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.
S.B.
www.oxu.az