Seulda avtomobil Cənubi Koreya prezidenti Pak Kın Xenin iqamətgahının mühafizə postuna çırpılıb.
Oxu.Az bu barədə “Renxap”a istinadən xəbər verir.
Qəza nəticəsində mühafizəçi xəsarət alıb.
“Hadisə yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə saat 04:30) baş verib. Sedanın sükanı arxasında 27 yaşlı qadın olub”, - şəhər polisi qeyd edib.
Hazırda hadisə üzrə yoxlama aparılır.
N.O.
www.oxu.az