İspaniyanın Seuta muxtar şəhərinə kütləvi axın edən miqrantların ən azı 141-ü bölgəyə çatmağa çalışarkən həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Caminando Fronteras" insan haqları təşkilatı öz "İnstagram" hesabında məlumat verib.
"30 iyul - 4 avqust tarixlərində Seuta və Mərakeşdə ölən 141 miqrantın cəsədləri tapılıb", - deyə təşkilat paylaşımında bildirib.
İspaniyanın hakimiyyət orqanlarının məlumatına görə, iyul ayının sonunda təxminən 72 000 qeyri-qanuni miqrant su yolu ilə Seutaya çatmağı bacarıb. Onların əksəri sonradan geri qaytarılıb.
Qaynar xətt:
(055) 224 12 12