Avstraliyanın Sidney şəhərində bina uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sydney Morning Herald" qəzeti məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Zərərçəkənlərə tibbi yardım göstərib, onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, damın bir hissəsi uçub, kərpic divar isə yaxınlıqda park edilmiş avtomobillərin üzərinə düşüb. Hadisədən sonra 35 nəfər təxliyə edilib. İlkin məlumatlara görə, itkin düşənlər və ya dağıntılar altında qalanlar yoxdur.
Hadisə yerində xilasedicilər, polis və binanın yoxlanılması üzrə mütəxəssislər işləyirlər. Çökmənin səbəbi, eləcə də mümkün qaz sızması və elektrik şəbəkələrinin zədələnməsi kimi hallar araşdırılır.