Vaşinqton ştatında Sietldə gey-parad zamanı iştirakçılardan birinə pilotsuz uçan aparat çırpılıb.
Oxu.Az lenta-ya istinadən xəbər verir ki, bu barədə The Seattle Times bildirib.
Yürüş edənlər Dördüncü avenyu və Medison strit döngəsində ayaq saxlayarkən, onların üzərindən uçan dron binaya çırpılaraq kütlənin üzərinə düşüb.
46x46 sm ölçülərdə və bir kq-dan yüngül olan aparat 25 yaşlı qadının başına düşərək onu yıxıb.
Zərərçəkəni onun “boyfrendi” tutub, yaxınlıqda olan yanğınsöndürən isə onu özünə gətirməyə yardım etdikdən sonra və polisə zəng edib. Zədələnmiş dronu asayiş keşikçilərinə veriblər, polislər onun sahibini tapacaqlarına ümid edirlər.