İndoneziyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 141-ə çatdı.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
“Biz 141 cəsəd qəbul etmişik”, - şəhər xəstəxanasında polis nümayəndəsi bildirib.
Qeyd edilir ki, otelə çırpılan təyyarədə 113 nəfər olub. İlkin məlumata əsasən otel və yaxınlıqdakı evlərdə həlak olanların sayı 45 nəfərdir.
30 iyun
İndoneziyada otelə çırpılmış Hercules C-130 hərbi təyyarəsində 113 adam olub. Onlardan 101-i sərnişin və 12-si heyət üzvü olub.
Onların hamısının həlak olduğu ehtimal edilir, bu barədə ölkənin HHQ baş komandanı Aqus Supriatna bildirib, Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, artıq həlak olanların 49 nəfərinin cəsədi tapılıb. Bununla yanaşı aviaqəzanın qurbanlarının sayı arta bilər, belə ki, yerdə neçə nəfərin zərər çəkə biləcəyi məlum deyil.
14:02
İndoneziyada hərbi təyyarənin otelin üzərinə düşməsi nəticəsində qurbanların sayı 38 nəfərə çatıb.
Yerli KİV-in məlumatına əsasən, ölənlər arasında ekipajın 12 üzvü var.
12:57
İndoneziyada hərbi-nəqliyyat təyyarəsi Medan şəhərində otelə çırpılıb, Reuters bildirib.
Oxu.Az xəbər verir ki, ən azı 30 nəfər həlak olub.
“Bizdə olan son məlumata görə, 30 nəfər həlak olub. Rəqəm arta bilər” , - İndoneziyanın axtarış-xilasedici nümayəndəsi deyib.
Təyyarə Medan bazasından Natuna adasına uçmaq üçün havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.