Nigeriyada Müqəddəs Məryəm katolik məktəbinə hücum zamanı silahlılar özləri ilə 303 şagird və 12 müəllim aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" (AFP) yayıb.
Nigeriyanın Müqəddəs Məryəm katolik məktəbində kütləvi insan oğurluğu baş verib.
Oxu.Az AFP-yə istinadla xəbər verir ki, silahlılar gecə hücum edərək 215 qız şagirdi və 12 müəllimi özləri ilə aparıblar.
Hadisə təhsil müəssisəsinin rəhbərliyinin hökumətin məktəbin bağlanması tələbini nəzərə almamasından sonra baş verib.
Son məlumatlara görə, oğurlanmış bəzi şagirdlər əsirlikdən qaçmağa müvəffəq olublar.