Çərşənbə axşamı, noyabrın 28-də, Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Raket buraxılış ölkənin qərbində yerləşən Pxyonan-Namdo əyalətindəki meydançadan həyata keçirilib.
Cənubi Koreya və ABŞ-ın müvafiq qurumları hazırda raketin trayektoriyasını müəyyənləşdirirlər.
S.B.
www.oxu.az