Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şimali Koreya sualtı nüvə silahı sistemini sınaqdan keçirib - FOTO
Şimali Koreya ordusu “Heil-5-23” sualtı nüvə silahı sistemini sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, sınaqlar ABŞ-nin “Carl Vinson” atom aviadaşıyıcısı, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz edilmiş “Princeton” kreyseri, həmçinin Yaponiya və Cənubi Koreya donanmalarının gəmilərinin iştirakı ilə Çeçju adasının ətrafında keçirilən üç günlük dəniz təliminə cavab olaraq gerçəkləşdirilib.
“Hazırkı təlimlər regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olub və dövlətimizin təhlükəsizliyini ciddi şəkildə təhdid edən hərəkətlərdir”, - deyə qurumdan vurğulanıb.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək
- Cənubi Koreyada qəzaya uğrayan təyyarənin sərnişininin göndərdiyi son mesajlar
- Muandakı təyyarə qəzası Cənubi Koreyada baş vermiş ən böyük aviafəlakət olub
- Cənubi Koreyada təyyarə qəzasında bir ailənin doqquz üzvü həlak olub
- Cənubi Koreyada təyyarə qəzasına görə bir həftəlik matəm elan edildi
Rəylər