KXDR növbəti ballistik raket atəşini həyata keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Cənubi Koreya KİV-ləri yazırlar.
Qeyd olunur ki, raket bu gün yerli vaxtla saat 18:30-da Sinpxo şəhərində sualtı qayıqdan atılıb.
Reuters-in məlumatına əsasən, Cənubi Koreya hakimiyyəti hesab edir ki, bu ya nüvə, ya da ölkənin hakim partiyasının görüşü ərəfəsində ballistik raket sınaqlarıdır.