KXDR hərbçilərinin keçirdiyi artilleriya təlimləri qətiyyən Pannendo və Yenpxyendo adalarına təsir etməyib.
“Canlı mərmilərin atış istiqaməti Panqnendo və Yenpxyendo adalarına qətiyyən təsir göstərməyib”, - Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Baş Qərargahdan sitat gətirib.
Qeyd edək ki, təlimlərə 47 sahil artilleriya silahı cəlb olunub, 192 mərmi atılıb.
Bundan əlavə, KXDR Cənubi Koreyanın təlimlərinə cavab olaraq Cənubi Koreya adalarına doğru atəş açdığını bildirib. Pxenyan iddiaya görə dənizə doğru atəş açmasını “Cənubi Koreyanın təlimlərinə cavab” adlandırıb ki, bu da təxribatdır.
10:22
Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Cənubi Koreyanın Dəniz Piyadaları Korpusunun bölmələrinin canlı atəş təlimləri keçirəcəyi gözlənilir.
Bu barədə mənbələrə istinadən Yonhap agentliyi məlumat yayıb.
Təlimlərdə Yeonpyeondo və Penendo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir.
09:56
Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.
Məlumata görə, Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin yaxınlığına düşüb. Cənubi Koreya ordusunun verdiyi xəbərə görə, onlar cavab tədbirləri görürlər.
Bildirilir ki, bundan əvvəl 2010-cu ildə Şimali Koreya artilleriyasının atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yeonfendo adasının sakinlərinə Pxenyandan “mümkün təxribat” fonunda dərhal təxliyə əmri verilib. Həmçinin Pannendo adasında da təxliyə elan edildiyi bildirilir.
Mənbə: Yonhap
Rəylər