Sinqapurda sportkarların satışı üzrə 15 mərtəbəli avtomat istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, orada 60 avtomobil yerləşir, görünüşcə isə qalaya bənzəyir.
Avtomobil almaq üçün birinci mərtəbədə yerləşən sensor ekranda uyğun modeli seçmək lazımdır, avtomat həmin avtomobili təqdim edəcək.
Avtomatı “Autobahn Motors” şirkəti quraşdırıb. Satın alınan avtomobil üçün ödəniş onlayn edilir.
A.M.
www.oxu.az