"ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edib, söhbət Macarıstanda "Rosatom" layihəsi üzrə "Pakş-2" AES-in tikintisinə mane olan sanksiyalardan gedir".
Oxu.Az M1 telekanalına istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O xatırladıb ki, 2024-cü ilin noyabrında ABŞ-nin o vaxtkı prezidenti Co Bayden "Qazprombank"a qarşı sanksiyalar tətbiq edib:
"Qazprombank" vasitəsilə "Pakş-2" AES layihəsi maliyyələşdirilib. Xoşbəxtlikdən, yanvar ayından Macarıstanı dost kimi görən Donald Tramp Ağ Evdədir. Buna əsaslanaraq, ABŞ hökuməti AES-ə qoyulan sərmayələrə qarşı sanksiyaları ləğv edib".