Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Siyasi fəal: "Fransa müstəmləkəçiliyinə qarşı mübarizəmizi davam etdirəcəyik"
"Fransızlar ancaq yaxşı futbol oynayan, yaxşı musiqi ifa edən afrikalıları sevirlər. Lakin həmin afrikalılar müstəqil şəkildə danışmağa başlayanda onları sevmirlər".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi mətbuat konfransında müstəmləkəçilik və antiimperialist mövqeləri ilə tanınan panafrikan siyasi fəal, jurnalist Kemi Seba deyib.
"Gənc yaşlarımdan Fransa hökuməti tərəfindən hədəfə çevrilmişəm, onlar mənə qarşı mübarizə aparıblar. Fransa hökuməti 2005-2006-cı illərdə gördü ki, biz onlara qarşı problemlərə çevrilirik. Ancaq bizim müstəmləkəçilərə qarşı mübarizəmiz son illərdə daha geniş vüsət alıb. Mənə qarşı mübarizəni əvvəllər Fransanın Afrikadakı marionet prezidentləri vasitəsi ilə həyata keçirirdilər. Lakin onlar görəndə ki, bizi saxlamaq fayda vermir, qərara aldılar ki, repressiyanın daha da gücləndirsinlər. Bunun üçün heç vaxt istifadə olunmayan qanunu ortaya qoydular. Bu qanuna əsasən, vətəndaşlığın əldən alınması əvvəllər nadir hal idisə, indi onu aktiv şəkildə istifadə etməyə başladılar"-deyə, siyasi fəal vurğulayıb.
Onun sözlərinə görə, Fransa siyasəti yeni müstəmləkəçilik siyasəti ilə eynilik təşkil edir:
"Biz Fransada neoliberal oliqarxiyaya qarşı mübarizə aparırıq. Onlar bizim vətəndaşlığımız əlimizdən aldılar ki, bizi dayandırsınlar. Ancaq onlar düşünmürdülər ki, biz geosiyasi ekosistem yaratmışıq və bu sistem bizə imkan verirdi ki, dünyanın istənilən ölkəsinə gedib mübarizəmizi davam etdirək. Biz dünyanın dörd bir yanında öz mübarizəmizi davam etdirəcəyik".
Mərahim Nəsib
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- BTQ COP29 çərçivəsində müstəmləkəçiliyin uzunmüddətli ekoloji nəticələrinə dair yan tədbir keçirib
- COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib
- Beynəlxalq konfransda Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq pislənilib
- Bakı Təşəbbüs Qrupu Fransanın insan hüquqları pozuntularına dair mətbuat konfransı keçirəcək
- BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
Rəylər