Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Solsberidə baş vermiş kimvəyi zəhərlənmə insidenti ilə bağlı iclası keçirilir.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzyanın “Britaniya baş naziri Tereza Meyin insidentlə əlaqədar göndərdiyi məktubu” üzrə açıq iclasın çağırılmasına dair vəsatəti əsasında keçirilir.
Rusiyalı diplomatın sözlərinə görə, “Skripal işi” ətrafında yaranmış mürəkkəb situasiya beynəlxalq sabitlik və təhlükəsizliyə təhdiddir.
İnsident martın 4-də Britaniyanın Solsberi şəhərində baş verib. London keçmiş rusiyalı casus və onun qızının sinir-paralitik maddə ilə zəhərlənməsində birbaşa Moskvanı günahlandırır.
Rusiya bu ittihamları rədd edir və Solsberinin Böyük Britaniyanın müdafiə nazirliyinin kimyəvi laboratoriyası yaxınlığında yerləşdiyini xatırladaraq, təxribatın olduğuna eyham vurur.
F.M.
www.oxu.az
Rəylər