Belçikanın Mehelen şəhərinin prokurorluğu internet-telefoniya servisi Skype-a qarşı cinayət işi açıb, Oxu.Az Belçika nəşri La Libre-yə istinadən xəbər verir.
Servis 2012-ci ildə erməni qruplaşmasına yaxın olan iki cinayətkarın yazışması barədə informasiyanı təqdim etməkdən imtina edib.
İki Ermənistan vətəndaşı internet-telefoniya servisindən fəal şəkildə istifadə ediblər, məhz burada qaçaqmalçılıq mallarının və qarət edilmiş əşyaların çatdırılmasına dair cinayətkar planlarını razılaşdırırdılar.
2012-ci ildə Skype belçikalı hüquq-mühafizə orqanlarına etiraz edib, öz etirazının səbəbi olaraq isə Skype Belçika operatoru olmadığını göstərib.
Mehelen prokurorluğu əmindir ki, şirkət Belçika qanunlarını pozub.